"Qarabağ"ın rəqibi "Botev"ə qarşı
UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibi olan MOİK bu gün Bolqarıstan çempionatında növbəti görüşünü keçirəcək.
Sportlife.az xəbər verir ki, Sofiya təmsilçisi II turda "Botev"lə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
MOİK 1 turdan sonra 1 xalla 11-ci pillədədir.
Qeyd edək ki, MOİK - "Qarabağ" görüşü iyulun 30-da Bolqarıstanda keçiriləcək. İlk matçda hesab açılmayıb.