Beskorovaynı "Sumqayıt"da qalacaq?
Danilo Beskorovaynı karyerasını “Sumqayıt”da davam etdirmək niyyətində deyil.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, "Polissya"dan icarəyə götürülən ukraynalı futbolçu bir neçə klubla danışıqlar aparır və "Sumqayıt"a qayıtmağı düşünmür.
Qeyd edək ki, Beskorovaynı ötən mövsümün ikinci yarısında "Sumqayıt"ın heyətində 14 oyunda meydana çıxıb.