Ayxan Hüseynov tələsmək istəmir

  • Bu gün, 12:47

"Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Hüseynov klubun yeni müqavilə təklifinə yekun cavab verməyib.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı futbolçu digər təklifləri də nəzərdən keçirdiyi üçün tələsik qərar vermək istəmir. Bu səbəbdən o, klub rəhbərliyindən vaxt istəyib.

Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir və əməkdaşlığın uzadılması variantı müzakirə olunur. Hüseynovun gələcəyi ilə bağlı yekun qərarı yaxın vaxtlarda açıqlayacağı gözlənilir.


Paylaş: