Tahir Süleymanovun təkadamlıq mübarizəsi

  • 21 İyul 2026, 12:01

Dünən AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Sabahın Ulduzları” layihəsi çərçivəsində yeni sponsorlarla əməkdaşlığa dair imza mərasimi, eyni zamanda məlumatlandırma sessiyası keçirildi. Tədbirə mən də dəvətli idim. Təəccüblü baxışları başa düşürdüm. Amma dəvət AFFA-dan yox, Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovdan gəlmişdi...

Tahir Süleymanovun işə başlamaq və ölkə futbola xeyir vermək niyyətinə xatir bu tədbirdə iştirak elədim.

Əvvəla onu deyim ki, Süleymanovun ideya və təklifləri icra olunsa, AFFA da bu işə şərik ola bilər. Ancaq tək əldən səs çıxmadığı kimi Tahir müəllim də komandasız heç nəyə nail ola bilməyəcək. 

Detalları danışa, yaza bilərik. Ancaq dünənki tədbirdə səhnəyə çıxıb danışılan sözlər illərin təkrarı idi, sadəcə simalar dəyişmişdi...

Mirələm HƏSƏNLİ 


Paylaş: