“Sabah” pley-offa layiq idi"

  • Bu gün, 22:44

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçirilən “Sabah” – “Orxus” oyunundan (4:0) sonra qonaq komandanın baş məşqçisi Yakub Poulsen jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– 2-ci hissədə nə baş verdi?
– Böyük səhvlər etdik. Rəqibə topa sahib olmağa imkan verdik. “Sabah” kimi komandaya belə şans versən, səni cəzalandırar.

– İlk qolu necə şərh edərdiniz?
– Topa nəzarət etmək istəyirdik, amma üstünlük rəqibə keçdi, təzyiqi artırdılar. Müdafiədə səhvlərə yol verdik. Böyükhesablı məğlubiyyətə səbəb bunlar oldu.

– Avropa Liqasında rəqib “Benfika” olacaq. Şansları necə dəyərləndirirsiniz?
– Çətin püşk oldu. Qarşıda çempionat matçımız var. Bundan sonra “Benfika” haqqında fikirləşəcəyik.

– 1 hissədə 4 qol buraxacağınızı, belə ssenarini gözləyirdiniz?
– Əlbəttə, belə şey gözləmirdik. Səhvlərimizə görə bu cür uduzduq. “Sabah” pley-offa layiq idi. 2 oyuna da baxsaq, yaxşı performans sərgilədilər. “Sabah” növbəti mərhələyə layiq olduğunu sübut etdi.

– “Sabah”ın heyətində hansı futbolçunu komandanızda görmək istərdiniz?
– “Sabah”ın keyfiyyətli futbolçuları var. Xüsusilə, hücumda effektivdirlər. İvan Lepinitsanı da fərqləndirərdim.


Paylaş: