"Neftçi"nin oyununun yeri dəyişdi
Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün ilk turunda keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununun yeri dəyişdirilib.
Sportlife.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə qarşılaşma “SOCAR Polymer Arena”da təşkil olunacaq.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.