"Sabah" darmadağınla pley-offda

  • Dünən, 21:54

"Sabah" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orxus” klubunu qəbul edib.

“Bank Respublika Arena”da oynanılan qarşılaşma "Sabah"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda bütün qollar ikinci hissədə vurulub. Velko Simiç, Stiv Silve, Coy-Lens Mikels və Ksander Severina fərqləniblər.

İlk oyunda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında rəqibini 4 cavabsız qolla üstələyən "Sabah" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Komanda bununla həm də ən azı Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, "Sabah" pley-off mərhələsində "Srvena Zvezda" (Serbiya) - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. İsrail klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.


Paylaş: