Cəlal oynadı, komandası qalib gəldi

  • Dünən, 11:12

Rumıniya çempionatında IV turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” “Otselul”u qəbul edib.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Lundulu vurub. Hüseynov 75-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu qələbədən sonra “Petrolul” 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Paylaş: