Danimarka klubu Bakıya gəldi

  • Dünən, 11:43

“Orxus” Çempionlar Liqasının III təsnifat mərhələsinin “Sabah”la cavab oyunu üçün Bakıya gəlib.

Sportlife.az xəbər verir ki, Danimarka təmsilçisini daşıyan təyyarə ötən gecə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

“Sabah” – “Orxus” oyunu avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək. İlk matçda rəqib 2:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, “Orxus” “Sabah”la matça yaxşı hazırlaşmaq üçün çempionat oyununun təxirə salınmasına nail olub. Liqanın 3-cü turunda “Midtyulland”la qarşılaşma sentyabrın 2-nə ertələnib.


Paylaş: