"Sumqayıt"da braziliyalı futbolçu
Yeni mövsüm üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Sportlife.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son klubu Braziliyanın “Ferroviario” kollektivi olan yarımmüdafiəçi Lukas Blek ilə 2 illik müqavilə imzalayıb.
26 yaşlı futbolçu “55” nömrəli formada çıxış edəcək.