Potensial rəqiblərin oyununda 1 qol
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin matçları keçirilir.
Sportlife.az xəbər verir ki, "Sabah"ın pley-off mərhələsində potensial rəqibləri olan "Hapol Beer-Şeva" və "Srvena Zvezda" üz-üzə gəlib.
İsrail təmsilçisi bu görüşdə Serbiya klubuna 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Orxus" - "Sabah" duelinin güclüsü ilə qarşılaşacaq.