"Sabah"ın oyununda dəyişiklik

  • 7 Avqust 2026, 11:12

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Orxus” cavab oyununun hakimlər briqadasında dəyişiklik edib.

Sportlife.az xəbər verir ki, əvvəlcədən görüşə portuqaliyalı Joau Pineyrunun rəhbərlik etdiyi hakimlər briqadası təyin olunsa da, UEFA sonradan bu qərara yenidən baxıb.

Bakıda təşkil olunacaq qarşılaşmanı Fransadan olan baş hakim Villi Delajo idarə edəcək. Ona yan xətt hakimləri Ervan Fenjan və Valentin Evrar köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını Erik Vattelye yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.

Qeyd edək ki, “Sabah” və “Orxus” arasında cavab görüşü avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək. Komandalar arasında Danimarkada baş tutan ilk oyunda “Orxus” 2:1 hesablı qələbə qazanıb. İlk görüşün nəticəsinə əsasən, Bakı təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün cavab matçında üstün nəticə əldə etməlidir.


Paylaş: