"Sabah"ın yaxşı hücum xətti var"

  • 4 Avqust 2026, 17:46

"Sabah"la oyunda bizi nələrin gözlədiyini bilirik".

Sportlife.az xəbər verir ki, bunu Danimarkanın "Orxus" komandasının  təmsilçisinin baş məşqçisi Yakop Poulsen "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis Azərbaycan çempionunu güclü komanda kimi tanıdıqlarını söyləyib: "Hazırlığımızı yaxşı keçirmişik. "Sabah" yaxşı komandadır. Onlar yay fasiləsindən əvvəl çox uğurlu mövsüm keçirdilər. Rəqibimiz ölkə çempionluğunu adətən Azərbaycanın ən güclü komandası kimi tanınan və həmin mövsümdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ı qabaqlayaraq qazandı. Buna görə də sabah güclü rəqiblə qarşılaşacağıq".

Yakop Poulsen "Sabah"ın yaxşı təşkilatlanmış komanda olduğunu bildirib: "Onların hücum xəttində sabit çıxış edən 4 futbolçu və hər fürsəti qola çevirən 1 mərkəz hücumçusu var. Müdafiədə də çox sabit oynayırlar və rəqiblərə qol fürsətləri yaratmağa imkan vermirlər".

Qeyd edək ki, avqustun 4-də Ranners stadionunda keçiriləcək "Orxus" - "Sabah" matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Komandalar arasında cavab görüşüı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.


Paylaş: