Elvin Yunuszadədən uğursuz debüt

  • 8 Avqust 2026, 12:45

Türkiyə I Liqasında 2026/27 mövsümünə start verilib.

Sportlife.az xəbər verir ki, çempionatın açılış matçında Elvin Yunuszadənin bir neçə gün əvvəl transfer olunduğu “Boluspor” öz meydanında “Manisa”nı qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.

Elvin Yunuszadə də bu matçın iştirakçısı olub. O, meydan start heyətində çıxmaqla “Boluspor”da rəsmi debüt edib. Təcrübəli müdafiəçi 58-ci dəqiqədə əvəzlənib.


Paylaş: