Nəriman rəsmən "Ərzurumspor"da

  • 7 Avqust 2026, 17:50

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin Türkiyənin “Ərzurumspor” klubuna transferi tamamlanıb.

Sportlife.az Azərtac-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Superliqanın yeni iştirakçısı ilə 1 illik icarə müqaviləsi imzalayıb.

Artıq komandanın düşərgəsində olan forvard tibbi müayinədən uğurla keçib.

Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında “Qarabağ”dan keçib və 3,5 illik müqaviləyə imza atıb.


Paylaş: