Bölgə klubunda yeni təyinat
"Şəmkir" rəhbərliyində yeni təyinat həyata keçirilib.
Sportlife.az xəbər verir ki, Əli Qədimov II Liqa təmsilçisinin vitse-prezidenti təyin olunub.
Qeyd edək ki, Əli Qədimov əvvəlki mövsümdə də klubun strukturunda fəaliyyət göstərib və İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsini icra edib.