Afinada 2 qələbə

  • 31 İyul 2026, 12:43

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb.

Sportlife.az xəbər verir ki, komanda Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb. Millimiz hər iki oyunda 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Avropa çempionatına hazırlığının son mərhələsini Bakıda keçəcək.


Paylaş: