"Turan"da çinli legioner

  • 30 İyul 2026, 16:21

Qadın voleybolçulardan ibarət “Turan” (Tovuz) komandası heyətinə yeni oyunçu cəlb edib.

Sportlife.az xəbər verir ki, Tovuz təmsilçisi Çin millisinin üzvü Yanq Hanyu Şandonqun transferini rəsmiləşdirib. Onunla 1 illik müqavilə imzalanıb.

Yanq Hanyu Şandonq 2018-ci ildə Çin milli komandasının heyətində dünya çempionatının bürünc medallarını qazanıb. O, yığma ilə başqa uğurlar da əldə edib.


Paylaş: