"Qəbələ" nigeriyalını qaytardı

  • Dünən, 10:10

Nigeriyalı yarımmüdafiəçi Daniel Eşiemokhai “Qəbələ”yə qayıdıb.

Sportlife.az xəbər verir ki, bu barədə Nigeriya mətbuatı məlumat yayıb.

Bildirilib ki, klubun futbol strukturu və rəqabət mühiti ilə gənclərin tanış olması məqsədilə həyata keçirilən inkişaf proqramı çərçivəsində daha əvvəl 6 ay “Qəbələ”də olan Eşiemokhai “qırmızı-qaralar”ın diqqətini çəkməyi bacarıb. Bu da onun Premyer Liqa klubuna qayıtmasına səbəb olub.

Nigeriyalılar bu keçidi gənclər üçün Avropa futbolunda daha çox təcrübə qazanmaq və ölkədən kənarda futbolun tələblərinə uyğunlaşmaq baxımından fürsət kimi dəyərləndiriblər.

Qeyd olunub ki, Eşiemokhainin məqsədi “Qəbələ”də inkişaf etmək və daha böyük liqalara keçid etməkdir.


Paylaş: