"Siti"də 34 yaşlı qapıçı

  • Dünən, 15:47

Argentina millisinin qapıçısı Xeronimo Rulyi Fransanın “Marsel” klubundan İngiltərənin “Mançester Siti” komandasına keçib.

Sportlife.az Mançester klubunun rəsmi saytına istinadla xəbər verir ki, “şəhərlilər” 34 yaşlı qolkiperlə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, bu, Xeronimo Rulyi üçün “Mançester Siti”də ikinci dönəm olacaq. O, daha əvvəl 2016/2017-ci illər mövsümündə də Premyer Liqa təmsilçisində çıxış edib, lakin əsas komandada heç bir oyuna çıxmayıb.


Paylaş: