ÇL: Simiç bombardirdir

  • Dünən, 11:40

“Sabah”ın futbolçusu Velko Simiç bu mövsüm UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində bombardirlər siyahısında ilk pilləyə yüksəlib.

Sportlife.az xəbər verir ki, III raundun Danimarka “Orxus”u ilə Bakıdakı cavab oyununda fərqlənən serbiyalı yarımmüdafiəçi qollarının sayını 5-ə çatdırıb. Bununla da 31 yaşlı oyunçu zirvəni ələ keçirib.

Hazırda Simiçi hərəyə 4 qolla “Fənərbağça”dan Anderson Taliska və “Selye”dən Mario Kvesiç izləyir.

Qeyd edək ki, iki oyunun nəticəsinə (5:2) əsasən “Orxus”u mübarizədən kənarlaşdıran “Sabah” pley-off mərhələsində İsrailin “Hapoel” (Ber-Şeva) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu ilk oyununu avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdə, cavab matçını isə 25-də Bakıda keçirəcək.


Paylaş: