"Dinamo"ya “Qarabağ”la oyun öncəsi şad xəbər

  • Dünən, 18:46

Ukraynanın “Dinamo” (Kiyev) komandasının futbolçusu Nikolay Mixaylenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu öncəsi zədəsini tam sağaldıb.

Sportlife.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin baş məşqçisi İqor Kostyuk matçdan əvvəl təşkil olunan mətbuat konfransında məlumat verib.

Mütəxəssisin sözlərinə görə, komanda ilə məşqlərə başlayan Ukrayna millisinin yarımmüdafiəçisi Bakıya gətirilən heyətdə yer alıb. O, sabahkı qarşılaşmada meydana çıxa bilər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.


Paylaş: