“Atletiko Madrid”dən “Roma”ya
İtaliyanın “Roma” klubu İspaniyanın “Atletiko Madrid” komandasının futbolçusu Nauel Molinanın transferini rəsmiləşdirib.
Sportlife.az Roma klubunun saytına istinadla xəbər verir ki, Argentina millisinin müdafiəçisi ilə 2030-cu ilin yayınadək müqavilə imzalanıb. Transfer məbləği 13 milyon avro təşkil edib.
Molina Avropada “Udineze” (İtaliya) və “Atletiko Madrid”in heyətində ümumilikdə 249 oyun keçirib və 19 qol vurub.
28 yaşlı sağ cinah müdafiəçisi Argentina millisinin heyətində isə 65 oyunda iştirak edib. O, iki dünya çempionatında oynayıb və 2022-ci ildə Qətərdəki mundialın qalibi olub. Molina, həmçinin 2021 və 2024-cü illərdə iki dəfə Amerika Kubokunu qazanıb.
Qeyd edək ki, Nauel Molina “Roma”da 20 nömrəli formanı geyinəcək.