"Turan Tovuz"da yenilik

  • Dünən, 13:00

“Turan Tovuz” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.
Sportlife.az xəbər verir ki, birbilet.az saytından istənilən sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə etmək olar.
Qiymətlər sektora uyğun olaraq 2, 3 və 5 manat təşkil edir. Şəhid ailələri və qazilər onlar üçün ayrılmış sektora fiziki dəvətnamələri stadionun kassasından ödənişsiz əldə edə bilərlər.
Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər isə bunu stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.

Paylaş: