"Sabah" Danimarka səfərində

  • 5 Avqust 2026, 10:08

"Sabah" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün Danimarkada "Orxus"la qarşılaşacaq.

Sportlife.az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20:30-da Randers stadionunda start götürəcək.

Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.


Paylaş: