Koxalski "Qarabağ"dan gedir

  • 8 Avqust 2026, 13:12

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski komandadan ayrılmağa yaxındır.

Sportlife.az xəbər verir ki, 26 yaşlı polşalı qolkiperin vətəninə qayıtması gözlənilir. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Koxalskinin "Veçista"ya transferinin gündəmdə olduğu bildirilir. İlk 2 turda məğlub olan Ekstraklasanın debütantı qapıçı mövqeyini gücləndirmək niyyətindədir.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından "Qarabağ"ın formasını geyinir. O, bu ilin yanvarında Polşaya qayıtmağa yaxın olsa da, keçid baş tutmayıb. Həmin vaxt qolkiperi "Vidzev" heyətinə qatmaq istəyib. Koxalski 2023/24 mövsümündə Polşa yüksək liqasının ən yaxşı qapıçısı seçilib.


Paylaş: