"Səbail" Qubanı təmsil edəcək

  • 7 Avqust 2026, 15:42

"Səbail" futbol klubunun Qubanı təmsil edəcəyi dəqiqləşib.

Sportlife.az xəbər verir ki, bunu Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyev deyib.

O, "Səbail"in bölgədə rəğbət qazanacağına əminliyini ifadə edib: "Bu komanda sadəcə Quba adı ilə fəaliyyət göstərməyi deyil, həm də bölgədə sevilməyi düşünür. Necə ki, "Kəpəz" Gəncədə, "Turan Tovuz" isə Tovuzda rəğbət qazanıb, "Səbail"in də bölgə futboluna töhfə verəcəyinə əminik".


Paylaş: