Mahir Emreli 1 hissə oynadı

  • 11 İyul 2026, 15:02

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Kayzerslautern” yoxlama oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, komanda 2 Bundesliqa təmsilçisi “Sandhauzen”lə qarşılaşıb.

8 qolun vurulduğu matç “Kayzerslautern”in qələbəsiylə başa çatıb – 5:3. Görüş hər biri 30 dəqiqə olmaqla 4 hissədən ibarət olub.

Emreli matçın 31-ci dəqiqəsində zədələnən Skittanın əvəzinə oyuna daxil olub və meydanda 1 hissə qalıb.


Paylaş: