Millimiz üçün 2 sınaq matçı

  • 22 İyun 2026, 16:16

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Sportlife.az xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoxlama oyunu keçirəcək.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.


Paylaş: