Millimizin oyunu Gəncə stadionunda

  • 1 İyul 2026, 16:12

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

Sportlife.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, D Liqasında mübarizə aparacaq yığma oktyabrın 1-də Lixtenşteyn seçməsini Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Komanda oktyabrın 4-də isə Litva kollektivi ilə Gəncə şəhər stadionunda üz-üzə gələcək. Qarşılaşmanın start fiti isə saat 17:00-da səslənəcək.


Paylaş: