Gəncədə atıcılıq turniri

  • 3 İyul 2026, 12:20

Gəncədə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə dövlət qurumlarının əməkdaşları arasında Airsoft praktiki atıcılıq turniri keçirilib.

Sportlife.az xəbər verir ki, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyası, “Azərbaycan Airsoft” İdman klubu və “Airsoftzona” təşkilatçılığı ilə baş tutan yarışda Gəncə şəhərində fəaliyyət göstərən müəssisə və təşkilatların gənc əməkdaşları mübarizə aparıb.

Tədbirin məqsədi gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təbliği və komanda ruhunun formalaşdırılması olub.

Gəncə şəhəri Baş Polis İdarəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin dəstəyi ilə keçirilən turnirdə 16 komanda iştirak edib. Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin komandası 1-ci, ASAN-1 xidmətinin komandası 2-ci, Azərbaycan Dövlət Aqrar Universitetin komandası isə 3-cü yeri tutub.

Qalib komandalar diplom və medallarla təltif olunublar.

Yarışın baş hakimi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçi-müəllimi Rəsul Məmmədov olub.


Paylaş: