Premyer Liqada Murad Musayev fərqi
Sportlife.az xəbər verir ki, mütəxəssis liqa ekspertlərinin səsverməsində ən yüksək nəticəni göstərərək mükafatı qazanıb.
"Matç Premyer" telekanalının şərhçilərinin seçimində Mahaçqala "Dinamo"sunun baş məşqçisi Vadim Yevseyev qalib olub. Azarkeşlərin səsverməsində isə üstünlük MOİK-in çalışdırıcısı Dmitri İqdisamova verilib.
3 müxtəlif namizədin qalib gəldiyi hallarda yekun qərar Rusiya Premyer Liqasının ekspertlərinin səsverməsinə əsasən müəyyənləşdirilir. Bu səbəbdən iyul və avqust aylarının ən yaxşı baş məşqçisi adına Murad Musayev layiq görülüb.
Qeyd edək ki, Murad Musayev Azərbaycanda "Sabah"ı da çalışdırıb.