Zubirin yeni klubu rəsmiləşdi

  • Bu gün, 12:10

Səudiyyə Ərəbistanının aşağı liqa təmsilçisi "Əl-Oruba" Abdulla Zubirin transferini rəsmən açıqlayıb.

Sportlife.az xəbər verir ki, klubun yaydığı məlumata görə, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi ilə 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, Fransa mətbuatı bir neçə gün əvvəl transfer prosesində maliyyə sənədləri ilə bağlı çətinlik yarandığını və bu səbəbdən keçidin federasiya tərəfindən hələ təsdiqlənmədiyini yazmışdı. Lakin tərəflər problemi qısa müddətdə həll edərək transferi rəsmiləşdiriblər.

32 yaşlı futbolçu artıq yeni komandasında ilk oyununa da çıxıb. O, "Əl-Rabiya" ilə 2:2 hesabı ilə başa çatan görüşdə sonradan meydana daxil olaraq debütünü gerçəkləşdirib.


Paylaş: