"Sabah"ın təyyarəsində ad günü

  • Bu gün, 11:53

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Mançester Yunayted"lə keçiriləcək oyun öncəsi maraqlı açıqlama verib.

Sportlife.az xəbər verir ki, litvalı mütəxəssisin sözlərinə görə, komanda İngiltərəyə yollanarkən klubun yaranma gününü təyyarədə qeyd edib.

"2017-ci il sentyabrın 8-də klubumuzun əsası qoyulub. Məhz həmin gün təyyarəyə minərək İngiltərəyə yollandıq. Klubun ad gününü birbaşa təyyarədə qeyd etdik, indi isə "Mançester Yunayted"lə qarşılaşmaq üçün buradayıq. Bu, sadəcə möhtəşəmdir".

Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Yunayted" – "Sabah" görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Paylaş: