Rus ulduz satılmayacaq
Rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin "Monako"nu tərk etməyəcək.
Sportlife.az xəbər verir ki, transfer pəncərəsinin son günündə 30 yaşlı futbolçunun mümkün transferi ilə bağlı hər hansı danışıqlar aparılmır. Daha əvvəl Qolovinə Sankt-Peterburq "Zenit"i və Moskva "Spartak"ının maraq göstərdiyi bildirilmişdi.
Qolovin 2018-ci ildən "Monako"nun formasını geyinir. Rusiyalı futbolçunun Fransa klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyununun sonunadək qüvvədədir.
Qeyd edək ki, Qolovinin hazırkı bazar dəyərini 18 milyon avro qiymətləndirir.