Çempionlar Liqasında yeni rekord

  • Bu gün, 10:29

UEFA Çempionlar Liqasının I turunda PSJ doğma meydanda "Slovan"ı 6:1 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, görüşdə Paris təmsilçisinin ispan futbolçuları Ferran Torres və Fabian Ruis tarixi nailiyyətə imza atıblar. Onlar birlikdə rəqib qapısından 4 top keçiriblər. Ferran Torres het-trik müəllifi olub, Fabian Ruis isə bir qolla yadda qalıb.

Bu, UEFA Çempionlar Liqasının tarixində ilk haldır ki, İspaniya təmsilçisi olmayan bir klubun heyətində ispan futbolçular bir oyunda ümumilikdə 4 qol vururlar.

Bundan əvvəl rekord 3 qol idi. 2010-cu ildə Raul və Xurado "Şalke"nin heyətində 3 qol vurmuşdu. 2012-ci ildə Fernando Torres və Xuan Mata "Çelsi"də eyni göstəriciyə imza atmış, 2013-cü ildə Alvaro Neqredo "Mançester Siti" forması ilə het-trik etmiş, 2016-cı ildə isə Lukas Peres "Arsenal"ın heyətində üç dəfə fərqlənmişdi.


Paylaş: