Renat Dadaşov rəsmən Ukrayna klubunda!
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Ukraynada davam etdirəcək.
Sportlife.az xəbər verir ki, 27 yaşlı futbolçu "Bukovina" klubuna keçib.
Tərəflər arasında "1+1" illik müqavilə imzalanıb. Dadaşov yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Təcrübəli forvard indiyədək Portuqaliyada "Eştoril", "Pasuş de Ferreyra" və "Tondela", İsveçrədə "Qrashopper", İngiltərədə "Vulverhempton", Türkiyədə isə "Hatayspor" və "Ankaragücü" klublarında çıxış edib.
O, 2025/2026 mövsümünü Polşanın "Motor" klubunda keçirib.