"Neftçi"də serb hücumçu

  • Bu gün, 13:07

"Neftçi" basketbol klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir.

Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisi heyətini serbiyalı basketbolçu Aleksa Stepanoviçlə gücləndirib. Klubun yaydığı məlumata görə, 28 yaşlı oyunçu ilə mövsümün sonunadək qüvvədə olacaq müqavilə imzalanıb.

2,06 metr boya malik hücumçu son olaraq Serbiya çempionatında çıxış edən "Hersoqovats Qaydobrad" komandasının formasını geyinib.

Stepanoviç peşəkar karyerası ərzində Serbiyanın tanınmış "Partizan" və "FMP Belqrad" klublarında, həmçinin VTB Birləşmiş Liqasında mübarizə aparan Rusiyanın "Yenisey" komandasında da çıxış edib.


Paylaş: