Rafinya Neymara çatdı
"Barselona"nın hücumçusu Rafinya UEFA Çempionlar Liqasının I turunda "Feyenoord"a qarşı keçirilən və komandasının 5:1 hesablı qələbəsi ilə başa çatan oyunda dubla imza atıb.
Sportlife.az xəbər verir ki, bununla da braziliyalı futbolçu "Barselona"nın heyətində UEFA Çempionlar Liqasında vurduğu qolların sayını 21-ə çatdırıb.
Rafinya bu göstərici ilə Neymarın rekordunu təkrarlayaraq Kataloniya klubunun turnir tarixində ən məhsuldar beş futbolçusu sırasına daxil olub.
Bu siyahıda Rafinyanı yalnız Rivaldo (22 qol), Robert Levandovski (23 qol), Luis Suares (25 qol) və Lionel Messi (120 qol) qabaqlayır.