Kapitandan Alvaresə dəstək

  • Bu gün, 11:07

Madrid "Atletiko"sunun kapitanı Koke UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Liverpul"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra komanda yoldaşı Xulian Alvaresə dəstək olub.

Sportlife.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi argentinalı hücumçu barədə transfer müzakirələrinin dayandırılmasını istəyib.

"Xulian Alvaresi rahat buraxın. Hamımız bu mövzudan yorulmuşuq. Qoy, futbolunu oynasın, oyundan zövq alsın və öz işini görsün. Ümid edirəm ki, ona rahat şəkildə çıxış etməyə imkan verəcəksiniz".


Paylaş: