AFFA-dan 4 oyunluq diskvalifikasiya

  • Bu gün, 12:51

AFFA İntizam Komitəsi II Liqanın II turunda keçirilən "Marafon" – "Difai" qarşılaşmasında yaşanan qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

Sportlife.az xəbər verir ki, qərara əsasən, "Difai"nin futbolçusu Emil Binyətzadə oyunun 90+4-cü dəqiqəsində qeyri-idman davranışına görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya olunub. Klub buna görə 1000 manat məbləğində cərimələnib.

İntizam Komitəsi "Difai"nin digər futbolçusu Fəzail Şirxanzadə barədə də qərar qəbul edib. O, matçın 83-cü dəqiqəsində 2-ci sarı vərəqəni görərək meydandan kənarlaşdırıldığı üçün növbəti oyunu buraxacaq. Bu epizoda görə klub əlavə olaraq 50 manat cərimə ödəyəcək.


Paylaş: