Millimizin üzvü "Turan"da

  • Dünən, 17:43

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Yelizaveta Ruban "Turan"a keçib.

Sportlife.az xəbər verir ki, 31 yaşlı oyunçu ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Təcrübəli hücumçu yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında Tovuz təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, Yelizaveta Rubanın son klubu Rusiya təmsilçisi "Leninqradka" olub.


Paylaş: