Rodri üzr istədi
Sportlife.az xəbər verir ki, o, etdiyi hərəkətə görə peşman olduğunu bildirib:
"İnsan səhv edəndə üzr istəməlidir. Özünü təhqir olunmuş hiss edən hər kəsdən – futbolçulardan, azarkeşlərdən və digərlərindən üzr istəmək istəyirəm. Artıq dostum və komanda yoldaşım Xose Qaya ilə danışmışam. Ondan və bütün komandadan üzr istəmişəm.
Heç bir halda hansısa komandanın uğursuz anını ələ salmaq və ya kontekstdən çıxarmaq niyyətində olmamışam. Bu, sadəcə təəccüb reaksiyası idi. Ümid edirəm ki, "Valensiya" layiq olduğu yerə qayıdacaq və yenidən çempionatın ən yaxşı klublarından birinə çevriləcək.
Hamımız bundan dərs çıxarmalıyıq. Bəzən sözlər kontekstdən çıxarıla bilir".
Qeyd edək ki, İspaniya telekanallarının birində Rodri ilə Pau Kubarsinin ehtiyat oyunçular skamyasındakı söhbəti yayımlanıb. Görüşün 62-ci dəqiqəsində əvəzlənən Rodri komanda yoldaşına "Onlar dəhşətlidirlər, çox pisdirlər" deyib. Daha sonra sözügedən görüntüləri yayımdan götürülüb.