Asim Xudiyev Avropa Liqasında

  • 6 Avqust 2026, 18:14

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsində Albaniyada “Eqnatiya” və İrlandiyanın “Şemrok Rovers” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma avqustun 13-də Rroqojine şəhərində yerləşən “Eqnatiya” stadionunda baş tutacaq.


Paylaş: