Bakıda uduzan komanda "Beşiktaş"a rəqib oldu
Türkiyənin "Beşiktaş" komandasının UEFA Avropa Liqasının (AL) əsas mərhələsindəki rəqibləri bəlli olub.
Sportlife.az xəbər verir ki, "ağ-qaralar" Almaniyanın "Bayer", Fransanın "Marsel", Şotlandiyanın "Seltik", Belçikanın "Union", Kiprin "Omoniya", İngiltərənin "Kristal Pelas", Almaniyanın "Hoffenhaym" və İsrailin "Hapoel" (Beer-Şeva) komandaları ilə üz-üzə gələcək.
Sonuncu komanda Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"a uduzaraq (Buxarestdə 2:1, Bakıda 2:5) AL-ə düşüb.
Xatırladaq ki, Avropa Liqasının əsas mərhələsi sentyabrın 16-da start götürəcək.