"Qarabağ" Bolqarıstan səfərində

  • 30 İyul 2026, 10:40

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək.

Sportlife.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Bolqarıstanda MOİK-in qonağı olacaq.

Sofiyadakı "Vasil Levski" arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.


Paylaş: