"Qarabağ"ın rəqibindən çətin qələbə

  • 28 İyul 2026, 12:42

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi MOİK növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, sofiyalılar Bolqarıstan çempionatının II turunda “Botev”i qəbul edib.

Prosport.Az xəbər verir ki, Bakıdan qolsuz heç-heçə ilə dönən MOİK II təsnifat mərhələsinin cavab görüşü ərəfəsində qələbə qazanıb. Oyun paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.

38-ci dəqiqədə hesabı açan “Botev” 90+3-cü dəqiqədə matçda son nöqtəni qoyub. MOİK isə bu aralığa 3 qol sığdırıb. Şvarts 41 və 89, Pittas isə 90+1-ci dəqiqədə fərqlənib.

İlk turda heç-heçə edən paytaxt təmsilçisi bu qələbə sayəsində turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Zirvəni 6 xalla “Ludoqorets” və “Levski” bölüşür.

Qeyd edək ki, MOİK – “Qarabağ” oyunu iyulun 30-da, Vasil Levski adına Milli Stadionda keçiriləcək.


Paylaş: