Dörd kluba 3 min manata yaxın cərimə

  • 8 Sentyabr 2026, 12:43

Azərbaycan Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klubu AFFA İntizam Komitəsi ümumilikdə 2 800 manat cərimələyib.

Sportlife.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Sentyabrın 4-də keçirilən "Kəpəz" – "Şamaxı" matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimələnib.

Sentyabrın 6-da baş tutan "Turan Tovuz" – "Sumqayıt" görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin 5, sumqayıtlıların 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.


Paylaş: