Evdə 100-cü qol

  • 7 Sentyabr 2026, 10:54

“Turan Tovuz” Premyer Liqada 100-cü ev qoluna imza atıb.

Sportlife.az xəbər verir ki, yubiley qoluna Xorxe Silva imza atıb. O, IV turun “Sumqayıt”la görüşündə qələbə (2:1) topunu vurub.

Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. “Turan Tovuz” Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda olub.

Qeyd edək ki, klub tarixində Premyer Liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. “Kəpəz”lə görüşdə (2:0) hesabı Runi Eva açıb.


Paylaş: