Gəncə klubunda yeni oyunçu
"Gəncə" heyətinə daha bir basketbolçu qatıb.
Sportlife.az xəbər verir ki, klub Tariyel Yusifzadə ilə anlaşma əldə edib. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, Tariyel Yusifzadə 2023/2024 mövsümündə də "Gəncə"nin formasını geyinib. Basketbolçu son olaraq "Ordu"da çıxış edib.